“Azercell” istifadəyə veriləcək günəş enerjisi ilə çalışan baza stansiyalarının sayını açıqlayıb

İKT
  • 07 may, 2024
  • 06:42
“Azercell” istifadəyə veriləcək günəş enerjisi ilə çalışan baza stansiyalarının sayını açıqlayıb

Bu ilin sonuna kimi Azərbaycanın mobil operatoru "Azercell Telekom" ölkə üzrə günəş enerjisi ilə çalışan 37 radio baza stansiyası istifadəyə verəcək.

"Report" xəbər verir ki, bunu "Azercell Telekom" MMC şirkətinin Hüquq, Etika və Komplayns üzrə Baş Direktoru Şirin Əliyeva illik ESG (ekologiya, sosial və idarəetmə) hesabatının təqdimatında deyib.

"Şirkətimiz ölkədə ən böyük elektrik enerjisi istehlakçılarından biridir. Ona görə elektrik enejidən səmərəli istifadə bizim əsas prioritetlərdən biridir. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə bu məsələdə xüsusilə diqqətimizdədir. Ağdam ətrafında bəzi radio baza stansiyaları quraşdırmışıq. Qarabağda fəaliyyət göstərən ANAMA ilə tərəfdaşlıq çərçivəsində o stansiyaların daha da genişləndirilməsi üzrə fəaliyyət aparırıq. Bizim üçün bu fəaliyyət ilk növbədə məhz günəşli Qarabağa dəstəyin təminatıdır",- deyə o qeyd edib.

Ş.Əliyeva xüsusilə ofislərdə elektrik enerjisinə qənaət etməyə başladıqlarını diqqətə çatdırıb: “Ofislərdən asılı olaraq qənaət olunan elektrik enerjinin həcmi də fərqlidir. Bununla belə bu ilin sonuna kimi bütövlükdə 20-30 faiz nisbəti ilə elektrik enerjisinə qənaət etməyi planlaşdırırıq”.

44 filmi