"Azercell" gələcəkdə tarifləri artıra bilər
İKT
- 11 noyabr, 2016
- 09:45
Bakı. 11 noyabr. REPORT.AZ/ Mobil danışıq tariflərinin artırılması məsələsi hazırda gündəmdə deyil. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azercell Telecom" MMC-nin rəhbəri Vahid Mürsəliyev deyib.
V.Mürsəliyevin sözlərinə görə, milli valyutanın gələcək mövqeyi ilə əlaqədar olaraq gələcəkdə tariflərə baxılması mümkündür: "Ötən ilin 10 ayına nisbətən gəlirlərimiz 5% azalıb. Amma bu, vergilərin ödənilməsinə təsir etməyib".
V.Mürsəliyev deyib ki, şirkət "Mobile finance" xidmətini tətbiq etmək üçün araşdırmalar aparır: "Bilirik ki, abunəçilərimiz bunu gözləyir. Amma hələlik araşdırmalar davam edir. Çünki bu, böyük layihədir və əgər bank xidmətləri göstəriləcəksə, müvafiq qurumlardan icazə alınmalıdır".
Son xəbərlər
10:06
Adil Kərimli Naxçıvanda vətəndaş qəbulu keçirəcək
Mədəniyyət siyasəti10:04
Ağdamda torpaqların əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbuluna başlanılıb
ASK10:03
Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib
Fərdi10:02
"YAŞAT" Fondu bu il tələbə olan şəhid ailəsi üzvlərinə və müharibə əlillərinə pul mükafatı verəcək
Elm və təhsil10:02
Azərbaycandakı internet trafikində botların payı 3 dəfədən çox artıb
İKT09:53
Nepalda daşqın qurbanlarının sayı 1127-yə çatıb
Digər ölkələr09:42
Rusiya Ukrayna limanlarının 4 enerji obyektinə zərbələr endirib
Digər ölkələr09:32
İsveç millisinin üzvü Hüqo Larsson "Fulhem"ə icarəyə verilib
Futbol09:29