İsveç millisinin üzvü Hüqo Larsson "Fulhem"ə icarəyə verilib
Futbol
- 02 sentyabr, 2026
- 09:32
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərənin "Fulhem" klubu Almaniyanın "Ayntraxt" komandasından yarımmüdafiəçi Hüqo Larssonu transfer edib.
"Report" London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı isveçli futbolçu ilə sonradan satınalma şərti ilə icarə müqaviləsi imzalanıb.
Futbolçu yetirməsi olduğu İsveçin "Malmö" klubunun əsas heyətində debütünü 2022-ci ilin fevralında gerçəkləşdirib və həmin mövsüm ölkə kubokunun qalibi olub. 2023/2024 mövsümünün əvvəlində "Ayntraxt"a keçən yarımmüdafiəçi Almaniya təmsilçisinin heyətində keçirdiyi 3 mövsüm ərzində 119 matçda 10 qol vurub və 7 məhsuldar ötürmə edib.
Qeyd edək ki, H.Larsson 2023-cü ildən dəvət aldığı İsveç yığmasının heyətində 12 matça çıxıb.
Son xəbərlər
15:37
Peskov Moskvada Putin və Paşinyan arasındakı danışıqların mövzularını açıqlayıb
Region
15:35
Foto
"Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə" müsabiqəsinin qalibləri mükafatlandırılıb
Digər
15:30
Bolqarıstan futbol azarkeşlərinə edilən hücumlara görə Fransaya etiraz notası göndərəcək
Digər ölkələr
15:20
"Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun fəaliyyət istiqamətləri müəyyənləşib
Daxili siyasət
15:19
Foziljon Otoxonov: Özbəkistan mediasiya sisteminin inkişafında Azərbaycanın təcrübəsindən yararlanır
Xarici siyasət
15:19
Dövlət sektorunda çalışan 15 mindən çox əməkdaş milli rəqəmsal savadlılıq təlimlərini uğurla başa vurub
İKT
15:17
Foto
Slovakiyanın Baş prokuroru "ASAN xidmət" mərkəzi ilə tanış olub
Daxili siyasət
15:14
Foto
Azərbaycanın ilboyu turizm məhsulları İspaniya və İtaliyada tanıdılıb
Turizm
15:13
"Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi təsdiqlənib
Daxili siyasət