Azərbaycanın startap ekosistemi Qafqaz və Orta Asiya regionunun 15 %-ini təşkil edir

İKT
  • 01 noyabr, 2025
  • 12:49
Azərbaycanın startap ekosistemi Qafqaz və Orta Asiya regionunun 15 %-ini təşkil edir

Bu gün Azərbaycanın startap ekosisteminin dəyəri Qafqaz və Mərkəzi Asiya regionunun ümumi göstəricilərinin təxminən 13-15 %-ini [3,7-4,4 milyard ABŞ dolları- red.] təşkil edir.

"Report" xəbər verir ki, bu barədə "PAŞA Holdinq" MMC-nin nümayəndəsi Hüseyn Mahmudov Bakıda "Gənc MÜSİAD"ın təşkilatçılığı ilə keçirilən "Avrasiya Gənc İş Adamları Forumu"nda (EYBF2025) çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Türkiyə bir neçə il əvvəl öz startap ekosisteminin inkişafına başlayıb, Azərbaycanda isə bu proses son 4-5 ildə sistemli şəkildə davam etdirilir:

"İlkin mərhələdə olmağımıza baxmayaraq, artıq çox güclü nəticələr əldə etmişik. Bir çox beynəlxalq indekslərə əsasən, bu il ölkəmizin startap ekosistemi ötən illə müqayisədə 24-25 % artıb. Bu isə region miqyasında çox ciddi göstəricidir".

H. Mahmudov qeyd edib ki, hazırda Azərbaycanda 200-dən çox aktiv startap fəaliyyət göstərir:

"Qafqaz və Orta Asiya regionunda startap ekosisteminin ümumi dəyəri təxminən 29 milyard ABŞ dolları və bu göstərici son 5 ildə 10 dəfə artıb. Azərbaycan ekosisteminin bu regiondakı payı isə bəzi hesablamalara görə 13-15 % səviyyəsindədir".

Son xəbərlər

Bütün Xəbər Lenti