Azərbaycanın dövlət qurumlarına kiberhücumlar 10 %-ə yaxın azalıb
- 10 avqust, 2026
- 09:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyul aylarında dövlət qurumlarına 518 kiberhücum indikatoru (IOC) müəyyən edilib.
"Report"un Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,6 % azdır.
Kibertəhdidlərin 337-si daxili araşdırma, 190-ı isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.
Təkcə iyulda isə 61 kiberhücum müəyyən olunub ki, bu da 1 il əvvələ nisbətən 11,6 % azdır.
2025-ci ildə dövlət qurumlarına 850 kiberhücum qeydə alınıb ki, bunun da 372-si daxili araşdırma, 478-i isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.