Azərbaycanda mobil cihazların bazar payı son altı ayda 53 % azalıb
İKT
- 05 yanvar, 2026
- 14:17
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən ilin dekabr ayında Azərbaycanın elektron cihaz bazarında (kompüter, mobil cihaz və planşetlər) mobil cihazların payı 37,66 % təşkil edib.
"Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, noyabr ayına nisbətən 4,31 faiz bəndi, 2024-cü ilin dekabr ayına nisbətən isə 33,76 faiz bəndi azdır. Beləliklə mobil cihazların bazar payı ardıcıl olaraq 6-cı aydır azalır (ümumi azalma 53 % təşkil edib).
Kompüterlərin bazar payı aylıq 4,39 faiz bəndi, illik müqayisədə isə 36,56 faiz bəndi artaraq 62,02 % olub.
Dekabrda planşetlərin bazar payı 0,32 % təşkil edib. Bu, əvvəlki aya nisbətən 0,08 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə isə 2,8 faiz bəndi azdır.
Son xəbərlər
14:04
DSX: İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Hadisə
13:58
YAP AKP rəsmilərini Azərbaycana qarşı məsuliyyətsiz açıqlamalardan çəkinməyə çağırıb
Media
13:53
Azərbaycan və Laos arasında xidməti pasport sahibləri viza tələbindən azad edilir
Xarici siyasət
13:51
Azərbaycan Çexiya ilə Orta Dəhlizin təşviqini müzakirə edib
İnfrastruktur
13:49
Foto
Sabahdan Novxanı-Pirşağı istiqamətində kanalizasiya kollektorunun tikintisinə başlanılır
İnfrastruktur
13:47
Foto
Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və iki sənəd mübadilə edilib - YENİLƏNİB
Xarici siyasət
13:45
Foto
Laos Prezidenti Zəfər parkını ziyarət edib
Daxili siyasət
13:43
Foto
İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib
Xarici siyasət
13:41
Dövlət qulluqçularının elmi və pedaqoji fəaliyyətinə dair tələblərin yumşaldılması təklif olunub
Milli Məclis