Azərbaycanda istifadəçilərin cəmi 1,8 %-i internetdən peşəkar fəaliyyət üçün istifadə edir
- 01 sentyabr, 2026
- 11:34
Yeniliklərdən dərhal xəbərdar olun!
2025-ci ildə Azərbaycanda internetdən istifadənin 38,9 %-i əyləncə, rəqəmsal kontentdən yararlanmaq məqsədi ilə edilib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 1 faiz bəndi azdır.
Eyni zamanda internetdən istifadənin 38,1 %-i (1,4 faiz bəndi az) ünsiyyət, vətəndaş iştirakçılığı, əməkdaşlıq, 7,7 %-i (0,8 faiz bəndi az) elektron ticarət və tranzaksiyalar, 4,9 %-i (0,4 faiz bəndi çox) məlumatın əldə edilməsi, 4,6 %-i (3,4 faiz bəndi çox) süni intellektdən yararlanmaq, 2,4 %-i (1 faiz bəndi az) rəqəmsal kontentin yaradılması, 1,8 %-i (0,2 faiz bəndi çox) peşəkar fəaliyyət, 1,6 %-i (0,2 faiz bəndi çox) təlim və təhsil məqsədli olub.