Azərbaycanda əhaliyə göstərilən informasiya və rabitə xidmətlərinin həcmi 14% artıb

İKT
  • 16 mart, 2018
  • 09:29
Azərbaycanda əhaliyə göstərilən informasiya və rabitə xidmətlərinin həcmi 14% artıb

Bakı. 16 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral aylarında Azərbaycanda əhaliyə 279 mln. manat dəyərində informasiya və rabitə xidmətləri göstərilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14% çoxdur.