Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

İKT
  • 21 oktyabr, 2025
  • 13:47
Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

Bu ilin sentyabr ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (84,02 Mbps) görə avqust ayına nisbətən 7 pillə geriləyərək 154 ölkə arasında 83-cü olub.

"Report" "Speedtest Global Index"ə istinadən xəbər verir ki, bir il əvvəlki göstərici (52,06 Mbps) ilə müqayisədə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 61,4 % artıb.

Azərbaycan bu göstərici ilə Türkiyə (59,87 Mbps), İran (19,23 Mbps), Gürcüstan (43,14 Mbps), Ermənistan (71,81 Mbps), Qazaxıstan (81,55 Mbps), Qırğızıstan (82,81 Mbps) və Belarusu (81,95 Mbps) geridə qoyub.

Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur (400,68 Mbps), axırıncı yeri isə Suriya (3,43 Mbps) tutub.

Azərbaycan sentyabrda mobil internetin sürətinə görə isə iyul ayına nisbətən 1 pillə geriləyərək 78,34 Mbps sürətlə 107 ölkə arasında 52-ci olub.

Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (624,87 Mbps), sonuncu yeri isə Boliviya (14,53 Mbps) tutub.

Hesabat ayında Bakı şəhərinin sabit genişzolaqlı internetin sürətinə görə mövqeyi əvvəlki aya nisbətən 2 pillə geriləyərək 198 şəhər arasında 85,28 Mbps sürətlə 111-ci yerdə qərarlaşıb.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Çilinin Valparaiso (398,21 Mbps) şəhəri başçılıq edib. Sonuncu pillədə Hələb (2,79 Mbps) qərarlaşıb.

Azərbaycan paytaxtı ötən ay mobil internetin sürətinə görə isə əvvəlki aya nisbətən yer dəyişməyərək 100,11 Mbps sürətlə 151 şəhər arasında 81-ci olub.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Əbu-Dabi (671,44 Mbps), sonuncu yeri La Pas (Boliviya) (10,43 Mbps) tutub.

Son xəbərlər

Bütün Xəbər Lenti