"Qarabağ" Çempionlar Liqasının "pley-off" mərhələsinin püşkatma mərasimində "səpələnmişlər səbəti"ndə olmayacaq

İdman
  • 02 avqust, 2017
  • 21:12
Qarabağ Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimində səpələnmişlər səbətində olmayacaq

Bakı. 3 avqust. REPORT.AZ/ "Qarabağ" klubu Çempionlar Liqasının "pley-off" mərhələsinin püşkatma mərasimində daha yüksək reytinqli komandalardan ibarət "səpələnmişlər səbəti"ndə yer almayacaq. 

"Report"un məlumatına görə, bu, III təsnifat mərhələsinin bu gün keçirilmiş cavab görüşləri nəticəsində müəyyənləşib.

Səbəb növbəti mərhələyə vəsiqəni təmin etmiş klublardan ən azı 5-nin Azərbaycan təmsilçisindən yüksək reytinqə malik olmasıdır. Bunlar "Maribor" (Sloveniya), "Kopenhagen" (Danimarka), "Seltik" (Şotlandiya), APOEL (Kipr) və "Olimpiakos" (Yunanıstan) komandalarıdır.

"Qarabağ" isə "Slaviya" (Çexiya), "Hapoel” (Beer Şeva, İsrail), "Astana” (Qazaxıstan) və "Riyeka” (Xorvatiya) ilə birgə "səpələnməmişlər səbəti"ndə yer alacaq. Bu isə o deməkdir ki, Ağdam klubu "səpələnmişlərdən" birinə rəqib olacaq.

Qeyd edək ki, püşkatma mərasimi avqustun 4-də, "pley-off" mərhələsinin qarşılaşmaları isə 15-16 avqust və 22-23 avqustda keçiriləcək. 

44 filmi