"Formula 2": "Trident" komandasının pilotu Con Bennett yarışı erkən başa vurub

İdman
  • 26 sentyabr, 2026
  • 11:17
Formula 2: Trident komandasının pilotu Con Bennett yarışı erkən başa vurub

"Trident" komandasının pilotu Con Bennett "Formula 2" üzrə Azərbaycan Qran-prisində uğursuzluqla üzləşib.

"Report"un məlumatına görə, sürücü ikinci əsas yarışdan kənarda qalıb.

Buna onun bolidinin 1-ci döngədə qəza törətməsi səbəb olub.

Nəticədə trasa təhlükəsizlik maşını çıxıb.

Qeyd edək ki, "Formula 1"də də əsas yarış bu gün keçiriləcək.