Azərbaycanın dövlət qurumlarının əməkdaşları III Dünya Korporativ Oyunlarında uğur qazanıblar
- 07 iyun, 2026
- 20:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Mərakeşdə keçirilən III Dünya Korporativ Oyunlarında Azərbaycan dövlət qurumlarının əməkdaşları uğurlu nəticələr əldə ediblər.
Bu barədə "Report"a Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Kişilər arasında voleybol və basketbol yarışlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) komandaları bütün rəqiblərini geridə qoyaraq qızıl medal qazanıblar. FHN-in əməkdaşı Əli Bayramov isə stolüstü tennis yarışlarının bürünc medalını əldə edib.
SOCAR-ın minifutbol komandası 54 komandanın mübarizə apardığı yarışın final görüşündə Mərakeşi təmsil edən komandaya 1:0 hesabı ilə qalib gələrək III Dünya Korporativ Oyunlarının qalibi olub.
Şahmat yarışlarında Azərbaycan Dəmir Yollarının əməkdaşı Sənan Quluyev qızıl medal qazanıb.