Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsində məşqçilərlə görüş keçirilib

İdman
  • 23 sentyabr, 2026
  • 15:18
Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsində məşqçilərlə görüş keçirilib

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin sədri Vüqar Behbudov məşqçilərlə görüşüb.

Bu barədə "Report"a qurumdan məlumat verilib.

Görüş zamanı atletlərin hazırlıq prosesi, eləcə də yerli və beynəlxalq yarışlarla bağlı planlar müzakirə olunub. Həmçinin atletlərin qarşıdakı yarışlara hazırlığının daha da təkmilləşdirilməsi, məşq prosesinin təşkili və qarşıdakı fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

V.Behbudov məşqçilərə fəaliyyətlərində, atletlərə isə qarşıdakı yarışlarda uğurlar arzulayıb.

44 - Tezliklə