Zakir Həsənov Tacikistana gedib

Hərbi
  • 11 oktyabr, 2017
  • 15:12
Zakir Həsənov Tacikistana gedib
Azərbaycan müdafiə naziri, general- polkovnik Zakir Həsənov

Bakı. 11 oktyabr. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Tacikistana yola düşüb.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Nazir oktyabrın 12-də Düşənbə şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edəcək.