Zakir Həsənov Özbəkistana səfər edib

Hərbi
  • 20 oktyabr, 2025
  • 18:48
Zakir Həsənov Özbəkistana səfər edib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 20-də "Birlik-2025" təliminin Yüksək Səviyyəli Müşahidəçi Günündə iştirak etmək üçün Özbəkistana səfər edib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər Özbəkistanın müdafiə naziri general-leytenant Şuhrat Xalmuxamedovun dəvəti ilə baş tutub.

Qeyd olunub ki, nazir Səmərqənd şəhərində özbəkistanlı həmkarı ilə görüşüb. Tərəflər hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə edib, qarşılıqlı təcrübə mübadiləsi məqsədilə birgə təlimlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevin də iştirak etdiyi görüşdə iki ölkə arasında mövcud hərbi əməkdaşlıq səviyyəsi yüksək qiymətləndirilib, həmçinin bu əməkdaşlığın genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti