Xocavənddə Ermənistana məxsus "Mİ-8" helikopterinin qalıqları aşkarlanıb - FOTO

Hərbi
  • 11 avqust, 2022
  • 14:41
Xocavənddə Ermənistana məxsus Mİ-8 helikopterinin qalıqları aşkarlanıb - FOTO

Bu gün Xocavənd rayonunun Tuğ kəndi ərazisində Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopterinin qalıqları aşkar edilib.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin qalıqlar Vətən müharibəsi zamanı 2020-ci il oktyabr ayının 18-də Xocavənd rayonunun Tuğ kəndi istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin bölmələri tərəfindən ekipajı ilə birlikdə vurulan Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopteridir.

44 - Tezliklə