Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycanın hərbi medalı ilə təltif olunub
Hərbi
- 06 oktyabr, 2015
- 09:08
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 6 oktyabr. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyə Silahlı Qüvələrinin Baş Qərargah rəisi ordu generalı Hulusi Akarı qəbul edib.
"Report" xəbər verir ki, Z.Həsənov Türkiyə Silahlı Qüvələrinin Baş Qərargah rəisinə iki ölkə arasında hərbi iş birliyinin inkişaf etməsindəki xidmətlərinə görə, "Hərbi əməkdaşlıq ali xidmət medalı"nı təqdim edib.
"Bu medalı Azərbaycan-Türkiyə dostluq və qardaşlığının nişanəsi olaraq, daima qəlbimin üzərində daşıyacağam", - deyə Hulusi Akar bildirib.
H.Akar Azərbaycan Silahlı Qüvvələrinə uğurlarının davam etməsini arzulayıb.
Tərəflər iki ölkə arasında hərbi əməkdaşlığa dair məsələləri müzakirə edib.
Son xəbərlər
08:19
Bakıda 12 istiqamətdə tıxac yaranıb
İnfrastruktur08:09
Tayvanda qripdən bir həftədə 44 nəfər ölüb
Digər ölkələr08:02
BMT-də Azərbaycanın dayanıqlı inkişaf istiqamətində fəaliyyəti diqqətə çatdırılıb
Xarici siyasət07:44
Keçmiş MKİ əməkdaşı 40 milyon dollarlıq qızıl külçələrin mənimsənilməsini etiraf edib
Digər ölkələr07:12
Rusiyada zərərlə işləyən biznes sahələrinin sayı kəskin artıb
Region06:33
Bu gün Bakı, Ağdərə, Goranboy, Göyçay və Yevlaxın bəzi ərazilərində işıq olmayacaq
Energetika06:03
Messi Argentina millisində vida matçını keçirib
Futbol05:24
Azərbaycan BMT-də itkin düşmüş 71 uşağın taleyinin müəyyənləşdirilməsinə çağırıb
Xarici siyasət05:14