Türkiyə MN Azərbaycanın da iştirak etdiyi təlimlərlə bağlı paylaşım edib

Hərbi
  • 22 iyun, 2022
  • 13:42
Türkiyə MN Azərbaycanın da iştirak etdiyi təlimlərlə bağlı paylaşım edib

Türkiyənin Milli Müdafiə Nazirliyi tviter hesabında Azərbaycanın da iştirakı ilə keçirilən bu ölkənin Konya şəhərində “Anadolu Qartalı – 2022” beynəlxalq taktiki-uçuş təlimi ilə bağlı paylaşım edib.

“Report” xəbər verir ki, paylaşımda qeyd olunub:

“Anadolu Qartalı – 2022” beynəlxalq taktiki-uçuş təlimi Konyadakı III Əsas Qırıcı Bazasının Komandanlığında davam edir. Dost və müttəfiq ölkələrin iştirakı ilə gerçəkləşdirilən təlimlər iyulun 1-dək davam edəcək”.