Ötən ilin son ayında Azərbaycanda 13 ədəd piyada əleyhinə mina aşkarlanıb

Hərbi
  • 06 yanvar, 2017
  • 06:04
Ötən ilin son ayında Azərbaycanda 13 ədəd piyada əleyhinə mina aşkarlanıb

Bakı. 6 yanvar. REPORT.AZ/ Ötən ilin dekabr ayı ərzində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) tərəfindən 2 352 225 kv.m ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

ANAMA-dan “Report”a verilən məlumata görə, Agentlik 1,068 ədəd PHS, 1 ədəd tank əleyhinə və 13 ədəd piyada əleyhinə mina aşkar edərək zərərsizləşdirib.

Əməliyyatlarda 489 nəfər əməliyyat heyəti, 130 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edir.

Bugünədək ANAMA cəmi 393 832 826 kv.mərazi təmizləyib. Tapılıb zərərsizləşdirilən mina və PHS-lərin sayı isə 754,010-dur.

Dekabr ayı ərzində Agentliktəmizləmə əməliyyatlarını Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Cəbrayıl, Füzuli, Tərtər, Göygöl, Qazax, Bakı şəhəri və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində həyata keçirib.

Ay ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

44 - Tezliklə