​Nəcməddin Sadıkov MDB Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib

Hərbi
  • 27 may, 2015
  • 13:11
​Nəcməddin Sadıkov MDB Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib

Bakı. 27 may. REPORT.AZ/ Bu gün Azərbaycan müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin Soçi şəhərində (Rusiya Federasiyası) keçirilən növbəti iclasında iştirak edib.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İclasda nümayəndə heyətlərinin rəhbərləri müdafiə sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.