​Müdafiə naziri Qırğızıstana rəsmi səfərə gedib

Hərbi
  • 31 may, 2015
  • 08:44
​Müdafiə naziri Qırğızıstana rəsmi səfərə gedib

Bakı. 31 may. REPORT.AZ/ Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Qırğızıstanın müdafiə naziri Abibilla Kudayberdiyevin dəvəti ilə Qırğızıstana rəsmi səfərə gedib.

"Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Qırğızıstanın Müdafiə Nazirliyində görüşləri, bir sıra hərbi hissələrə ziyarətləri nəzərdə tutulub.

Müdafiə Nazirliyində aparılacaq danışıqlar zamanı ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və perspektiv istiqamətlərinin nəzərdən keçirilməsi, müdafiə və təhlükəsizlik məsələləri barədə fikir mübadiləsinin aparılması planlaşdırılır.

Səfər iyunun 2-dək davam edəcək.