İranın müdafiə nazirinin müavini Azərbaycana səfərə gəlib

Hərbi
  • 25 iyun, 2018
  • 07:30
İranın müdafiə nazirinin müavini Azərbaycana səfərə gəlib

Bakı. 25 iyun. REPORT.AZ/ İranın müdafiə nazirinin müavini general-mayor Mahmud Şeyx Həsəni Azərbaycana səfərə gəlib.

Bu barədə "Report"a İranın Azərbaycandakı səfirliyindən məlumat verilib. 

M.Həsəni iyunun 26-da Azərbaycan Ordusunun 100 illiyinə həsr olunan bayram tədbirlərində iştirak edəcək.