Azad edilmiş ərazilərdə istifadəyə verilmiş hərbi hissələrin sayı açıqlanıb

Hərbi
  • 03 fevral, 2022
  • 09:13
Azad edilmiş ərazilərdə istifadəyə verilmiş hərbi hissələrin sayı açıqlanıb

İşğaldan azad edilmiş ərazilərdə ötən il istifadəyə verilmiş hərbi hissələrin sayı açıqlanıb.

"Report"un xəbərinə görə, DSX-nin 2021-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə DSX-nin 19 yeni hərbi hissə kompleksi, Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan, Qubadlı rayonları əra­zisindən və Laçın rayonunun bir hissəsindən keçən sahəsində 104 sərhəd-döyüş məntəqəsi xid­mə­ti-döyüş fəaliyyətinə başlanılıb.

Azərbaycan-Ermənistan dövlət sərhədində "Eyvazlı" və "Qazançı" dövlət sər­­hə­­­dindən buraxılış məntəqələri fəaliyyətə başlamış, "Füzuli" beynəlxalq hava limanında sərhəd nəzarətinin təşkili üzrə tədbirlər görülüb, İAMAS-ın stasionar və səyyar iş yerləri yaradılıb.

İşğaldan asaz edilmiş ərazilərdə 73,8 km məsafədə yeni yol çəkil­ib, 121,4 km məsafədə yolların əsaslı və cari təmiri həyata keçirilib.