DSX: "Dövlət sərhədini pozan Ermənistan vətəndaşı saxlanılıb"

Hərbi
  • 01 avqust, 2023
  • 15:36
DSX: Dövlət sərhədini pozan Ermənistan vətəndaşı saxlanılıb

Avqustun 1-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın rayonunun Zabux kəndi ərazisindən keçən hissəsində dövlət sərhədini pozmuş Ermənistan vətəndaşı 1962-ci il təvəllüdlü Begleryan Rashid Aramis saxlanılıb.

Bu barədə "Report"a DSX-dən məlumat verilib.

Bildirilib ki, faktla bağlı araşdırma aparılır.