Beynəlxalq təşkilat Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib

Hərbi
  • 25 iyun, 2022
  • 23:22
Beynəlxalq təşkilat Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib

Türk Dövlətləri Təşkilatı tviter hesabında Azərbaycan hökumətini və xalqını Silahlı Qüvvələrin 104-cü ildönümü münasibətilə təbrik edib.

“Report” xəbər verir ki, təbrikdə deyilir:

“Türk Dövlətləri Təşkilatı olaraq Azərbaycan Respublikasının şanlı Silahlı Qüvvələrinin 104-cü ildönümü münasibətilə Azərbaycan hökumətini və xalqını ürəkdən təbrik edir, qurucu üzvümüzə ordusu, torpağı və xalqı ilə firavan gələcək arzulayırıq”.