Bakıda Azərbaycan və Bolqarıstan Müdafiə nazirliklərinin ekspertləri arasında işçi görüş keçirilib

Hərbi
  • 07 iyun, 2018
  • 07:37
Bakıda Azərbaycan və Bolqarıstan Müdafiə nazirliklərinin ekspertləri arasında işçi görüş keçirilib
mod.gov.az

Bakı. 7 iyun. REPORT.AZ/ Bakıda Azərbaycan Müdafiə Nazirliyi ilə Bolqarıstan Müdafiə Nazirliyi arasında ikitərəfli əməkdaşlıq planına əsasən hər iki ölkənin müdafiə nazirliklərinin təhsil üzrə ekspertlərin işçi görüşü keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə NATO-nun STANAG testlərinin tərtibatına və qarşılıqlı sınaqdan keçirilməsinə dair fikir mübadiləsi aparılıb.