"Bagira Systems" Azərbaycanda simulyasiya mərkəzləri yarada bilər

Hərbi
  • 01 oktyabr, 2026
  • 11:11
Bagira Systems Azərbaycanda simulyasiya mərkəzləri yarada bilər

İsrailin "Bagira Systems" şirkəti Azərbaycanda simulyasiya mərkəzlərinin mümkün yaradılması üzərində iş aparır.

Bu barədə "Report"a "ADEX 2026" Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində şirkətin bu ölkədəki nümayəndəsi Səfər Qurbanov bildirib.

"Yaxın gələcəkdə Azərbaycanda "Bagira Systems" simulyasiya mərkəzlərinin yaradılması ehtimalı var. Bu istiqamətdə işlər davam etdirilir", - o deyib.

S.Qurbanovun sözlərinə görə, şirkətin trenajor sistemləri hərbi qulluqçuların və şəxsi heyətin hazırlıq səviyyəsinin yüksəldilməsi üçün nəzərdə tutulub. "Bagira Systems"in layihələri bir sıra ölkələrdə, o cümlədən Almaniya, Çexiya və Ukraynada həyata keçirilib.

Bununla belə, şirkət nümayəndəsi dəqiqləşdirib ki, hazırda onların Azərbaycanla qüvvədə olan müqavilələri yoxdur, lakin "gələcəkdə onların yaranması ehtimalı var".