Azərbaycan müdafiə nazirinin Litva və Latviyaya rəsmi səfəri başlayıb

Hərbi
  • 01 iyul, 2015
  • 09:08
Azərbaycan müdafiə nazirinin Litva və Latviyaya rəsmi səfəri başlayıb

Bakı. 1 iyul. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Litva və Latviyaya rəsmi səfərə gedib.

"Report" xəbər verir ki, məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. 

Müdafiə naziri iyulun 1-dən 2-dək Litvada və iyulun 2-dən 4-dək Latviyada səfərdə olacaq.

Hər iki ölkənin rəhbərliyi ilə bir sıra görüşlərin keçirilməsi, ikitərəfli hərbi əməkdaşlığın perspektiv istiqamətlərinin müzakirə edilməsi, təhlükəsizlik və digər məsələlərə dair fikir mübadiləsinin aparılması planlaşdırılıb.