Azərbaycanın iki hərbçisi yol qəzasında həlak olub
Hərbi
- 14 avqust, 2021
- 07:18
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Avqustun 13-ü axşam saatlarında Kəlbəcər rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, hadisə nəticəsində hərbi qulluqçular - leytenant Həsənli Eldar Müşfiq oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Cəfərov Anar Müstəqim oğlu həlak olub.
Faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçuların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.
Двое военнослужащих Азербайджанской армии погибли в ДТП
Two Azerbaijani soldiers die in traffic accident
Son xəbərlər
11:59
Foto
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub - YENİLƏNİB
Komanda11:38
Fərid Qayıbov: Sevindirici haldır ki, bizim də ultramarafonçularımız var
Fərdi11:11
Foto
III Beynəlxalq Xankəndi Ultramarafonu başa çatıb - YENİLƏNİB
Fərdi11:07
Beyləqanda avtomobil elektrik dirəyinə çırpılıb, cərəyan sürücünü vuraraq öldürüb
Hadisə10:58
Honkonqda meymunçiçəyinə yoluxma halları kəskin artıb
Digər ölkələr10:38
Foto
Video
FHN-in Muğan Regional Mərkəzi təlim keçirib
Hadisə10:24
Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var
Digər ölkələr09:35
Premyer Liqada VII tura bu gün keçiriləcək iki oyunla yekun vurulacaq
Futbol09:34