Azərbaycanın hərbi attaşesi: “Qəhrəman Ordumuz əsl döyüş ruhunu bütün dünyaya göstərdi”

Hərbi
  • 05 noyabr, 2021
  • 13:07
Azərbaycanın hərbi attaşesi: “Qəhrəman Ordumuz əsl döyüş ruhunu bütün dünyaya göstərdi”
Fuad İbrahimov

“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək günbəgün irəli gedərək torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Azərbaycanın Gürcüstandakı hərbi attaşesi, polkovnik-leytenant Fuad İbrahimov Tbilisidə Azərbaycan səfirlyində 8 Noyabr – Zəfər Günü ilə bağlı təşkil olunan rəsmi qəbulda deyib.

Onun sözlərinə görə, uğurla həyata keçirilən “Dəmir yumruq” əməliyyatı nəticəsində Ermənistan sülhə və kapitulyasiya aktını imzalamağa məcbur edildi: “İkinci Qarabağ müharibəsi bizim şanlı zəfərimiz kimi tarixdə əbədi qalacaq. Tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Vətəni candan əziz tutanlar heç vaxt unudulmayacaq. Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizi hər zaman minnətdarlıq hissi ilə xatırlayacağıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin”.