Azərbaycan və Səudiyyə Ərəbistanı mülki müdafiə sahəsində memorandum imzalamağa hazırlaşır
- 14 oktyabr, 2025
- 14:44
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan və Səudiyyə Ərəbistanı mülki müdafiə sahəsində yeni memorandum imzalamağa hazırlaşır.
Bu barədə "Report"a Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli məlumat verib.
Onun sözlərinə görə, sənəd Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ilə Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi arasında imzalanacaq.
"Biz artıq memorandumun yekun variantını əldə etmişik", - o əlavə edib.
Diplomat həmçinin xatırladıb ki, ölkələr artıq müxtəlif sahələrdə bir neçə anlaşma memorandumu imzalayıb və yeni razılaşmalar üçün hazırlıqları davam etdirir.
Səfir bir sıra sahələrdə, o cümlədən hərbi, təhlükəsizlik, təhsil, ticarət, investisiya və mədəniyyət sahələrində sıx əməkdaşlıq və koordinasiyanın olduğunu xüsusilə vurğulayıb.