Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcək

Hərbi
  • 08 oktyabr, 2016
  • 12:57
Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcək

Bakı. 8 oktyabr. REPORT.AZ/ Oktyabrın 9-dan 15-dək Minsk şəhərində (Belarusiya) "Təlimlərin planlaşdırılması və icra edilməsi" mövzusunda kurs keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.