Azərbaycan ordusu ermənilərin pilotsuz uçan aparatını məhv edib

Hərbi
  • 15 sentyabr, 2015
  • 12:15
Azərbaycan ordusu ermənilərin pilotsuz uçan aparatını məhv edib

Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycan ordusu Ermənistan Silahlı Qüvvələrinin növbəti pilotsuz uçan aparatını məhv edib.

"Report" xəbər verir ki, məlumatı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. 

Nazirlikdən bildirilib ki, cəbhənin Ağdam rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus ilkin ehtimala görə "Krunk-25" tipli taktiki pilotsuz uçan aparatı (PUA) Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə bölmələri tərəfindən aşkar olunaraq atəş nəticəsində məhv edilib.

44 filmi