Azərbaycan hərbçiləri Dağıstanda beynəlxalq hərbi-dəniz müsabiqəsində iştirak edirlər
- 31 iyul, 2016
- 12:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 31 iyul. REPORT.AZ/ Dağıstanın Kaspi şəhərində "Ordu beynəlxalq oyunları - 2016" çərçivəsində suüstü gəmilərin heyət üzvləri arasında "Dəniz kuboku-2016" beynəlxalq hərbi-dəniz müsabiqəsi start götürüb.
"Report" xəbər verir ki, yarışlarda Azərbaycan, Rusiya və Qazaxıstandan 130-a yaxın hərbçi iştirak edir.
Yarışların təntənəli açılış mərasimində Dağıstan baş nazirinin müavini Ramazan Cəfərov və Xəzər donanması komandanının müavini, 1-ci dərəcəli kapitan Sergey Yekimov iştrak edib.
"Mən Azərbaycan və Qazaxıstan komandalarına təklifimizə cavab verərək "Dəniz kuboku" beynəlxalq müsabiqəsinə qatıldıqları üçün minnətdarlığımı bildirmək istəyirəm", - deyə Yekimov açılış mərasimində bildirib.
Müsabiqəyə avqustun 11-də yekun vurulacaq.