Zəngilanda partlamamış minalar aşkarlanıb
Hadisə
- 04 iyun, 2021
- 12:06
Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlamamış sursatların aşkar edilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Ağakişilər kəndi ərazisində xidməti borcunu yerinə yetirərkən orada partlamamış minalar aşkar ediblər.
Dərhal bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşlarına məlumat verilib. Məlumatla əlaqədar əraziyə baxış keçirilən zaman tank və piyada əleyhinə 7 ədəd mina və partladıcıları müəyyən olunub.
Həmin partlayıcı vasitələrin təhlükəsiz şəkildə zərərsizləşdirilməsi üçün müvafiq tədbirlər yerinə yetirilib.
Son xəbərlər
07:57
UKMTO: Hörmüz boğazında tanker mərmi ilə vurulub
Digər ölkələr07:46
Kaliforniyada salmonella epidemiyası qeydə alınıb
Digər ölkələr07:17
Bəhreyn nazirlərin Hörmüz boğazı ilə bağlı görüşündə iştirakdan imtina edib
Digər ölkələr06:41
Zeder XDB-nin seçkilərdə məğlubiyyətindən sonra Mertsin istefası ehtimalını rədd edib
Digər ölkələr06:13
Alimlər mədəaltı vəzi xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər
Sağlamlıq05:39
Sem Altman süni intellektin insan nəzarətindən kənarda yaranmasının mümkünlüyünü güman edib
İKT05:07
Orban Madyar hökumətinə qarşı "milli müqavimət"in başlandığını elan edib
Digər ölkələr04:38
Bolqarıstan sursat anbarında mümkün təxribat barədə məlumat verib
Digər ölkələr04:22