Zaqatalada yanğın olub

Hadisə
  • 31 may, 2015
  • 16:47
Zaqatalada yanğın olub

Bakı. 31 May. REPORT.AZ/ Zaqatala rayonunun Car kəndində yanğın hadisəsi baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, rayon mərkəzindən 5 km aralıda yerləşən bu yaşayış məntəqəsində ümumi sahəsi 180 kv.m olan birmərtəbəli binanın dam örtüyünün bir hissəsi yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunmuşdur.