Xocavənd sakini: Şükür bu günə ki, yurdumuza qayıdırıq

Daxili siyasət
  • 17 avqust, 2026
  • 06:27
Xocavənd sakini: Şükür bu günə ki, yurdumuza qayıdırıq

Şükür bu günə ki, yurdumuza qayıdırıq.

Bunu "Report"a Xocavənd rayonunun Güneyxırman kənd sakini Əhsən Abdullayev deyib.

O, qeyd edib ki, doğma yurduna qayıdışı günü illərlə gözləyib: "Allah bu günü bizə qismət elədi. Dövlətimiz sağ olsun. Uca Tanrı bir də xalqımıza müharibə göstərməsin. Həmişə sülh olsun, yaxşı günlər nəsibimiz olsun, Allah xalqımızı sevindirsin".

"Burada fərdi təsərrüfat işi ilə məşğul idim. Kəndə də qayıdıb sevdiyim işlə məşğul olacağam", - Ə.Abdullayev əlavə edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış davam etdirilir. Bu gün Xocavənd rayonunun Quzeyxırman 18 ailə - 82 nəfər, Güneyxırman kəndinə isə 21 ailə - 103 nəfər köçürüləcək. Eyni zamanda Şuşa rayonunun Kiçik Qaladərəsinə 11 ailə - 39 nəfər yola salınacaq.