Zaqatalada evdən pul oğurlayan şəxs saxlanılıb
Hadisə
- 06 yanvar, 2020
- 07:20
Zaqatalada oğru saxlanılıb.
"Report"un Şimal-Qərb bürosu xəbər verir ki, yanvarın 5-i axşam saatlarında Zaqatala rayonu Dardoqqaz kənd sakini olan bir qadın Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək yaşadığı evdən 550 manat pulun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat verib.
Daxil olan müraciətlə əlaqədar Zaqatala RPŞ əməkdaşları tərəfindən “isti izlər”lə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluğu edən şəxsin Bakı şəhər sakini 24 yaşlı Sənan Bayramov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Oğurladığı pullar maddi sübut kimi ondan götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
01:17
ABŞ-də F-16 təyyarəsi qəzaya uğrayıb
Digər ölkələr01:00
UEFA Avropa Liqası: "Beşiktaş" "Marsel"i, "Yuventus" "Neymegen"i darmadağın edib
Futbol00:34
Türkiyədə cinayətkar qruplaşmalara qarşı əməliyyat zamanı 67 şübhəli həbs edilib
Region00:00
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Mədəniyyət siyasəti23:54
Mustafa Çiftçi: Türkiyə Suriya, İran və İraqla terrorsuz bölgə mexanizmi yarada bilər
Region23:34
Vaşinqton və Varşava Polşada ABŞ bazası yaratmaq barədə razılığa gəlib
Digər ölkələr23:22
Mustafa Çiftçi: Türkiyə, Gürcüstan və Azərbaycan cinayətkarlığa qarşı birgə mübarizəni müzakirə edəcək
Region22:57
Foto
Türkiyə və Azərbaycanın "Birlik Gücü-2026" təliminə hazırlıqları başa çatıb
Hərbi22:52