Türkiyə və Azərbaycanın "Birlik Gücü-2026" təliminə hazırlıqları başa çatıb

Hərbi
  • 17 sentyabr, 2026
  • 22:57
Türkiyə və Azərbaycanın Birlik Gücü-2026 təliminə hazırlıqları başa çatıb

Türkiyə və Azərbaycanın "Birlik Gücü-2026" təliminə hazırlıqlar başa çatdırılıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "X"də məlumat yayıb.

Məlumata görə, Türkiyə ordusunun 14-cü Mexanikləşdirilmiş Piyada Briqadası Komandanlığı tərəfindən təlimə hazırlıqları yekunlaşıb.

Təlim çərçivəsində bölmələr 15 sentyabrda Qars Qarnizonundan Azərbaycanın "Qızılqaya" və "Qarabağlar" təlim sahələrinə yerləşdirilməyə başlayıb.