Zaqatalada 31 yaşlı kişi özünü qoz ağacından asaraq intihar edib

Hadisə
  • 22 mart, 2018
  • 07:45
Zaqatalada 31 yaşlı kişi özünü qoz ağacından asaraq intihar edib

Zaqatala. 22 mart. REPORT.AZ/ Zaqatala sakini intihar edib. 

“Report”un xəbərinə görə, hadisə bugün səhər saatlarında rayonun Qandax kəndində qeydə alınıb.

Kənd sakini 1987-ci il təvəllüdlü Anar İbad oğlu Kərimov yaşadığı evin həyətində qoz ağacından özünü asıb. Onun intihar etməsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.