Yevlaxda mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var - YENİLƏNİB

Hadisə
  • 14 iyun, 2019
  • 09:05
Yevlaxda mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var - YENİLƏNİB

Yevlax rayonunda yol qəzası zamanı xəsarət alanların kimliyi məlum olub. 

"Report"un yerli bürosunun məlumatına görə, bunlar Bərdə rayon sakinlərti 1961-ci il təvəllüdlü İftixar Zeynalov, 1956-cı il təvəllüdlü Qabil Abbasov, Ağdam rayon sakini, 1969-cu il təvəllüdlü Etibar Ağayev və Bakı şəhər sakini Fidan Qarayevadır. 

Onlardan birinin vəziyyətinin kafi, digərlərinin isə qənaətbəxş olduğu bildirilir. 

Qeyd edək ki, mikroavtobus Ağdamdan Bakıya sərnişin aparırmış.


*** 12:18

Yevlax rayonunda yol qəzası baş verib. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Yevlax-Bərdə avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, "Ford" markalı sərnişin mikroavtobusu ilə minik avtomobili ilə toqquşub. Xəsarət alanların olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə