Yasamalda yetkinlik yaşına çatmayanlara siqaret satanlar cərimələniblər
Hadisə
- 28 noyabr, 2018
- 08:16
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 28 noyabr. REPORT.AZ/ Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi tədbirlər keçirilir.
DİN-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi və Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının noyabrın 27-də rayon ərazisində birgə keçirdikləri reydlər nəticəsində yetkinlik yaşına çatmayanlara tütün məmulatı satdıqlarına görə 2 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 455-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib olunub.
Bu istiqamətdə reydlər davam etdirilir.
Son xəbərlər
09:04
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (16.10.2026)
Maliyyə
09:03
Milli Məclisin komissiyası: Xarici aktorların Azərbaycana qarşı hibrid hücumlarının miqyası xeyli artıb
Xarici siyasət
09:00
Azərbaycan Premyer Liqasında VIII tura start verilir
Futbol
09:00
Mətbuat Şurasının IX qurultayı keçirilir
Media
08:57
Tramp amerikalı pilotların naməlum uçan obyektlərlə qarşılaşmalarından danışıb
Digər ölkələr
08:55
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (16.10.2026)
Maliyyə
08:17
Foto
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:00
Yasamal və Xəzər rayonlarının bir hissəsində işıq olmayacaq
Energetika
07:47
İnfantino mübahisəli investisiya təşəbbüsünə görə üzr istəyib
Digər ölkələr