Yasamalda baş verən qətllə bağlı 3 nəfər saxlanılıb - RƏSMİ
Hadisə
- 02 sentyabr, 2019
- 07:45
Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat xidmətindən "Report"a bildirilib ki, avqustun 31-də Bakı şəhər sakini Fərid Məmmədzadənin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin münaqişə zəminində törədildiyi müəyyən edilib.
Görülmüş tədbirlərlə qəsdən adam öldürməkdə şübhəli bilinən Bakı şəhər sakinləri H.Babaverdiyev, C.Cavadlı və R.Bünyatzadə saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
03:00
Vuçiç BMT-nin fəaliyyətindən narazıdır
Digər ölkələr02:38
Azərbaycan və Mali arasında siyasi məsləhətləşmələrə dair memorandum imzalanıb
Xarici siyasət02:16
Baltikyanı ölkələr Aİ-dən dronlarla mübarizə üçün 500 milyon avro istəyib
Digər ölkələr01:50
Azərbaycan və Dominikan arasında viza rejimi ləğv olunub
Xarici siyasət01:41
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
Energetika01:13
Azərbaycan klubları minifutbol üzrə Çempionlar Liqasında mübarizəyə başlayıb
Futbol01:05
Əraqçi Vadefulla görüşdə BMT və Aİ-ni tənqid edib
Region00:53
Azərbaycan və İraq regional və beynəlxalq platformalarda əməkdaşlığı müzakirə edib
Xarici siyasət00:37