Xəzərin Sumqayıt hissəsində boğulan 25 yaşlı oğlanın meyiti tapılıb

Hadisə
  • 19 iyul, 2018
  • 07:58
Xəzərin Sumqayıt hissəsində boğulan 25 yaşlı oğlanın meyiti tapılıb

Bakı. 19 iyul. REPORT.AZ/ Xəzər dənizinin Sumqayıt hissəsində boğulan 25 yaşlı oğlanın meyiti tapılıb.

FHN-dən "Report"a bildirilib ki, iyulun 18-də Sumqayıt şəhərində dənizdə batdığı ehtimal olunan 1993-cü il təvəllüdlü Fərzəliyev Fehruz Bəylər oğlunun axtarışları başa çatıb.

F.Fərzəliyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

44 - Tezliklə