Xəzərin Azərbaycan sektorunda zəlzələ olub

Hadisə
  • 05 fevral, 2017
  • 04:15
Xəzərin Azərbaycan sektorunda zəlzələ olub

Bakı. 5 fevral. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda zəlzələ baş verib.

"Report" AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanlar, ilkin məlumata əsasən, Bakı vaxtı ilə 05:17-də qeydə alınıb.

Zəlzələnin maqnitudası 3.7, dərinliyi 60 km. olub. Yeraltı təkanlar hiss olunmayıb.