Xəzər dənizində Rusiyaya məxsus "PALFLOT 2" gəmisində yanğın baş verib

Hadisə
  • 23 aprel, 2016
  • 06:24
Xəzər dənizində Rusiyaya məxsus PALFLOT 2 gəmisində yanğın baş verib

Bakı. 23 aprel. REPORT.AZ/ Xəzər dənizində sahildən təqribən 110 km məsafədə Rusiya bayrağı altında üzən "PALFLOT 2" gəmisində yanğın baş verib.

"Report" xəbər verir ki, məlumatı Azərbaycan Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı yayıb.

Məlumata görə, nazirliyin Aviasiya dəstəsinin helikopterləri, Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-5" gəmisi və yaxınlıqda olan digər gəmilər hadisə yerinə cəlb edilib.