Xətaidə yolu keçən 36 yaşlı şəxsi avtomobil vurdu

Hadisə
  • 31 dekabr, 2020
  • 02:17
Xətaidə yolu keçən 36 yaşlı şəxsi avtomobil vurdu

Bu gecə paytaxt Bakıda daha bir piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Yolu keçən 1984-cü il təvəllüdlü Həsənov Orxan Aydın oğlunu avtomobil vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.