Xəlil Rza Ulutürkün həyat yoldaşına qarşı dələduzluq edən şəxsə hökm oxunub

Hadisə
  • 23 oktyabr, 2018
  • 13:40
Xəlil Rza Ulutürkün həyat yoldaşına qarşı dələduzluq edən şəxsə hökm oxunub

Bakı. 23 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq şairi Xəlil Rza Ulutürkün həyat yoldaşı Firəngiz Ulutürkə qarşı dələduzluqda təqsirləndirilən Mirzə Şəmsiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror M.Şəmsiyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, M.Şəmsiyev Xəlil Rza Ulutürkün yubileyi münasibətilə onun kitabını nəşr etdirəcəyini deyərək həyat yoldaşı Firəngiz Ulutürkə qarşı, təxminən, 4 min manat məbləğində dələduzluq edib. İş üzrə daha bir neçə nəfərə qarşı dələduzluq edilib. 

44 filmi