Xaçmazda şəhid ailəsinin evi yanıb - FOTO
Hadisə
- 08 noyabr, 2016
- 13:08
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Xaçmaz. 8 noyabr. REPORT.AZ/ Xaçmaz rayonunda şəhid ailəsinə məxsus fərdi yaşayış evi yanıb. "Report"un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Qarğalıq kəndində baş verib.
Belə ki, həmin kənddə yaşayan Cavid Hilal oğlu Tağıyevə məxsus ikimərtəbəli fərdi yaşayış evi yanaraq külə dönüb. Yanğın zamanı xəsarət alan olmasa da 6 otaqlı yaşayış evi əşyaları ilə birlikdə tamamilə yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xaçmaz Yanğından Mühafizə Xidmətinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. İlkin ehtimallara görə, yanğın elektrik naqillərində qısaqapanmadan baş verib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
09:47
Nikol Paşinyan Brüsselə yollanıb
Region
09:37
Foto
Ramin Məmmədov Şərurda məscidləri ziyarət edib
Din
09:25
"Xilasedici" komandası CEV Çempionlar Liqasında mübarizəyə başlayır
Komanda
09:23
Nepalda iki helikopter toqquşub, ölən və yaralanan var
Digər ölkələr
09:08
CEV Çempionlar Liqası: "Turan" III təsnifat mərhələsində ilk oyununa çıxacaq
Komanda
09:07
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (03.11.2026)
Maliyyə
09:00
UEFA Çempionlar Liqası: IV tura 9 oyunla start veriləcək
Futbol
08:55
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (03.11.2026)
Maliyyə
08:41
Foto
Video
Floridada təyyarə qəzasında milyonçu və ailəsi həlak olub - Yenilənib-2
Digər ölkələr