Xaçmazda avtomobilin çaya aşması nəticəsində xəsarət alanların adları bəlli olub - YENİLƏNİB

Hadisə
  • 26 sentyabr, 2025
  • 23:18
Xaçmazda avtomobilin çaya aşması nəticəsində xəsarət alanların adları bəlli olub - YENİLƏNİB

Xaçmazda "Mitsubishi Pajero" markalı minik avtomobili rayon ərazisindən keçən "Ağçay" çayına aşması nəticəsində xəsarət alanların kimliyi bəlli olub.

"Report"un Şimal bürosunun məlumatına görə, qəza nəticəsində 6 nəfər - avtomobilin sürücüsü, Hülövlü kənd sakini 1986-cı il təvəllüdlü Tural İskəndərov və sərnişinlər - 1962-ci il təvəllüdlü İ.İskəndərova, 1978-ci il təvəllüdlü V.Məmmədov, 1984-cü il təvəllüdlü G.Məmmədova, 2001-ci il təvəllüdlü P.Məmmədov və 2005-ci il təvəllüdlü M.Məmmədov ağır xəsarətlər alıblar.

Məlumata görə, qəzaya düşən şəxslər toy mərasimindən qayıdırlarmış.

Xaçmaz rayonunda yol qəzası baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, "Mitsubishi Pajero" markalı minik avtomobili rayon ərazisindən keçən "Ağçay" çayına düşüb.

İlkin məlumata görə, minik avtomobilində olan altı nəfər ağır bədən xəsarətləri alıb.

Hazırda yaralıların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti